Ərdoğan və Paşinyan təbrikləşiblər

Baş səhifə

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin
mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban
bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Baş nazir
Paşinyanı 51 yaşının tamam olması münasibətilə təbrik edib”, – deyə
məlumatda bildirilib.




Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər
üzrə fikir mübadiləsi aparıb və təmasların intensivləşməsindən
məmnunluq ifadə ediblər.

“Xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Avropa
Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri,
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət prosedurlarının
qurulması barədə qərar, eləcə də Ermənistanın ixracı və ölkəyə
idxalın həyata keçirilməsi məqsədilə Axalkalaki (Gürcüstan) – Qars
(Türkiyə) dəmir yolunun açılması qeyd olunub”, – deyə məlumatda
bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir