Uğurla reallaşan Böyük Qayıdış ciddi tarixi hadisədir – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün
statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba
yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda
olub.

Trend xəbər verir ki,
bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və
Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında
deputat Bəhruz Məhərrəmov deyib.




“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə
nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına
qayıdırlar. Bu qayıdış çox uğurla reallaşmaqdadır. Səksən mindən
artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə
kifayət qədər ciddi bir tarixi hadisədir”, deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir