
Bakı. Trend:
İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi
rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı
gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı
yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,
bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal
olunur.

