Paşinyan seçkilərdən sonra Moskvaya yollanacaq

Baş səhifə

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-nə təyin olunmuş
parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Rusiya
Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Trend bu barədə
Ermənistan mediasına istinadən xəbər verir.

“Rusiya Prezidenti iyunun 1-də ad günüm münasibətilə məni təbrik
etmək üçün zəng etdi. Lakin aydındır ki, təbriklərlə yanaşı,
işgüzar söhbət də apardıq. Razılaşdıq ki, seçkilərdən sonra yenidən
səfərə gedəcəyəm, görüşəcəyik və bütün cari məsələləri həll
edəcəyik”, – Paşinyan seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə
görüşdə bildirib.




O, Rusiya ilə münasibətlərdə mövcud olan bütün mübahisəli
məsələləri həll edəcəyinə dair növbəti dəfə əminlik ifadə edib.

Paşinyan qeyd edib ki, Ermənistan Rusiyayla Avrasiya İqtisadi
İttifaqı (Aİİ) məsələsində mübahisə etməyəcək, lakin ittifaq
respublika üçün yeni müsbət imkanlar təqdim etdiyini nümayiş
etdirməlidir.

“Mən tərəfdaşlarımıza deyirəm ki, Aİİ-nin Ermənistana hansı
zərəri vura biləcəyini göstərməyə çalışmaq düzgün yol deyil. Düzgün
yol Aİİ-nin Ermənistana hansı yeni faydalar verə biləcəyini nümayiş
etdirməkdir”, – deyə Paşinyan bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir