Optimallaşdırma rəqəmsal həllərin tətbiqini tələb edir – SMART Solutions

Baş səhifə

Bakı.Trend:

Logistika zəncirlərinin optimallaşdırılması bazarın bütün
iştirakçılarının qarşılıqlı fəaliyyətini, rəqəmsal həllərin
inkişafını və süni intellekt də daxil olmaqla yeni texnologiyaların
mərhələli şəkildə tətbiqini əhatə edən kompleks yanaşma tələb
edir.

Trend xəbər verir
ki, bu barədə Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat,
Tranzit və Logistika Forumunda çərçivəsində bildirib. “SMART
Solutions Group” şirkətinin təsisçisi və baş direktoru Kənan
Tabasaranski bildirib.

O qeyd edib ki, əsas vəzifə səmərəliliyin artırılması və
təchizat zəncirlərində mövcud olan maneələrin aradan
qaldırılmasıdır. Onun sözlərinə görə, söhbət bütün prosesi əhatə
edən sistemli dəyişikliklərdən gedir.

“Biz bu gün logistika zəncirində mövcud olan bütün çətinlikləri
aradan qaldırmağa çalışırıq və başa düşmək vacibdir ki, bunlar
ayrı-ayrı elementlər deyil, hər bir hissəsinin nəticəyə təsir
göstərdiyi vahid sistemdir”, – deyə o bildirib.




Onun sözlərinə görə, uğurlu transformasiya yalnız prosesin bütün
iştirakçıları arasında tam koordinasiya şəraitində mümkündür. Çünki
rəqəmsallaşma məqsədlərin ortaq şəkildə başa düşülməsini və
fəaliyyətlərin sinxronlaşdırılmasını tələb edir.

“Bütün maraqlı tərəflərin razılaşdırılmış fəaliyyəti lazımdır.
Sadə dillə desək, bu o deməkdir ki, bütün iştirakçılar nə
etdiyimizi və bunu niyə etdiyimizi eyni şəkildə anlamalıdırlar”, –
deyə K.Tabasaranski vurğulayıb.

O əlavə edib ki, rəqəmsal həllər eyni zamanda texnoloji,
tənzimləyici və təşkilati aspektləri nəzərə almalı, həmçinin hər
mərhələdə praktiki dəyər yaratmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir