Cəlilabadda baş verən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Baş səhifə

Cəlilabad rayonunda qadının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

APA-nın cənub bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.

Məlumata əsasən, Anarın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.

Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub.

Bildirilib ki, hadisə Səidə Cəfərovanın iki azyaşlı övladını uşaq bağçasına aparmaq üçün evdən çıxdıqdan sonra baş verib.

Qətli törətməkdə şübhəli bilinən yeniyetmə hadisədən sonra ərazidən uzaqlaşıb.

Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır

***
18:34

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldübildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir