Alvaro Arbeloa Almaniya klubuna təklif olundu

Baş səhifə

Bakı. Trend:

“Bayer” klubunda Alvaro Arbeloanın baş məşqçi təyin olunması
imkanı olub.

Trend “Bild”ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin
namizədliyi Leverkuzen klubuna təklif edilib. O, 2025/26 mövsümünün
ikinci yarısında “Real”da və daha əvvəl “Real Castilla” komandasını
da çalışdırmışdı.




Məlumata görə, Arbeloa İspaniyada başqa klublarda işləmək
istəmir və daha çox xarici bir komandaya keçməyə üstünlük verir.
Leverkuzen rəhbərliyi onun işini “Real Castilla”dakı dövrdən
yaxından izləyib, lakin onun hələ komandaya dərhal zirvəyə qayıtmaq
üçün yetərli təcrübəyə tam çatıb-çatmadığına tam əmin deyil.

Qeyd olunur ki, “Bayer” 2025/26 mövsümünü Bundesliqada 6-cı
yerdə başa vurub və komandanı Kasper Hyulmand idarə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir