ABŞ-də “son zəng” şənliyində atışma – Ölən var (VİDEO)

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Kaliforniya ştatının Feyrfild şəhərində fəaliyyət
göstərən orta məktəblərdən birində keçirilən buraxılış gecəsində
silahlı insident baş verib.

Trend xəbər verir
ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində azı 1 nəfər həlak olub,
3 nəfər yaralanıb.




Qeyd olunur ki, insident “son zəng” şənliyinin başa çatmasından
dərhal sonra baş verib. Qurbanın və zərərçəkənlərin kimliyi hələlik
açıqlanmır.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışını
həyata keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir