Moped sürücüləri üçün yeni rüsumlar tənzimlənir

Baş səhifə

Bakı. Trend:

Mopedlərlə bağlı dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət
rüsumları məbləğində tənzimlənəcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, sözügedən rüsumlar
aşağıdakılardır:

  • Mopedlərin illik qanunla müəyyən edilmiş hallarda texniki
    baxışdan keçirilməsinə görə – 15 manat;
  • Mopedlərin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi
    zamanı və ya moped alıcısının tələbi ilə mopedlərə texniki baxış
    keçirilməsi üçün – 15 manat;
  • Mopedlərin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına,
    nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr
    əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti
    orqanlarında dövlət qeydiyyatına) görə – 15
    manat
    ;
  • Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə
    40 manat;
  • Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması
    üçün imtahanların təkrar qəbuluna görə – 20
    manat
    ;
  • Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin
    dəyişdirilməsi üçün – 30 manat;
  • Dövlət qeydiyyat nişanlarının verilməsinə görə – 15
    manat
    ;
  • Qeydiyyat şəhadətnaməsinin verilməsi – 30
    manat
    ;

Bildirilib ki, qanun layihəsi “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9
dekabr tarixli 307-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar
hazırlanıb.




Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin
təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza
hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin
yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında
onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin
sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla
da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra
vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi
idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı
tələb olunur.

Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən
qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə,
dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi
üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya
sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat
nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin
qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də
qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər
qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Qeyd edək ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna
olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən
çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya
sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli
nəqliyyat vasitəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir