Avtonom nəqliyyat vasitəsi operatorları üçün dövlət rüsumu müəyyənləşir

Baş səhifə

Bakı. Trend:

Avtonom nəqliyyat vasitəsi operatorların fəaliyyətinin
tənzimlənməsi qaydaları və öhdəlikləri müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Ticarət
Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, fiziki və hüquqi şəxslərin operator
kimi fəaliyyət göstərə bilməsi üçün 5 il müddətinə şəhadətnamələr
veriləcək.




Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə
görə 20 manat məbləğində dövlət rüsumu təyin olunacaq.

Məsafədən idarəetmə mərkəzləri yaradılacaq və istismar zamanı
formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya
sisteminə ötürüləcək.

Dövlət sisteminə ötürülən məlumatlar qeydə alınacaq və
operatorlar tərəfindən 6 ay müddətində mühafizə ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir