Rusiya Ermənistanı hədələdi

Baş səhifə

Bakı. Trend:

Rusiya, Ermənistan Avropa İttifaqına yaxınlaşmanı davam
etdirərsə, İrəvana Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində və
ikitərəfli razılaşmalar üzrə dəstəyini dayandıra bilər.

Trend xəbər verir
ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey
Overçuk bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçiriləcək seçkilərdə
avropayönlü qüvvələr qalib gələrsə, Moskva müvafiq tədbirlər
görəcək.




Overçuk vurğulayıb ki, Rusiya öz gələcəyini Avropa İttifaqında
görən ölkəni maliyyə baxımından dəstəkləmək niyyətində deyil, belə
ki, onun sözlərinə görə, Aİ Rusiya ilə müharibəyə hazırlaşır.

“Biz nə edək, sabah bəlkə də bizimlə müharibə aparacaq kəslərə
pul verək?”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir