Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bakının Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında
yanğın hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində
yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə
məlumat daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Binanın 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş
yanğın qısa müddətdə söndürülüb və alovun mənzilə, eləcə də digər
ərazilərə yayılmasının qarşısı alınıb.




Yanğın nəticəsində eyvanda quraşdırılmış kombi aparatı və
kondisioner yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mənzil yanğından mühafizə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir