Azərbaycan millisi bu gün final oynayır – Matç saatı

Baş səhifə

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

Modern.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu milli komanda finalda Ukrayna yığması ilə üz-üzə gələcək.

Bratislavadakı “Tipos Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan milli komandası F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlib.

Komandamız 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər – 3:1) məğlub edib. .

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir