
Bakı. Trend:
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti
üzrə sənəd qəbulu prosesinə start verilib.
Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə
qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər
portal.edu.az
vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Sənəd qəbulu prosesi 31 avqust 2026-ci il saat 23:59-da başa
çatacaq.
Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə
uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris
ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və
təhsilalma formaları üzrə həyata keçirilir.
Bundan başqa, təhsil müddəti əvvəlki və yeni təhsil proqramları
arasındakı fərq nəzərə alınmaqla hesablanır.
Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir, təhsil haqqı
isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.

