
Bu gün Xorvatiyanın İstriya bölgəsində, Medulin yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 2 nəfərin axtarışı isə davam edir.
Bu barədə Xorvatiyanın dövlət xəbər agentliyi HINA polisə istinadən məlumat yayıb.
Təyyarənin Almaniyadan havaya qalxdığı bildirilir. Hadisə yerinə polis və yanğınsöndürənlər də daxil olmaqla fövqəladə xidmətlər cəlb olunub.

