Müddətsiz alimentlə bağlı qayda ləğv edildi

Baş səhifə

Türkiyə Konstitusiya Məhkəməsi (AYM) boşanmış həyat yoldaşına müddətsiz aliment ödənilməsini nəzərdə tutan hüquqi normanı səs çoxluğu ilə ləğv edib.

Modern.az “TRT”ə istinadən xəbər verir ki, Qərar Antalya 12-ci Ailə Məhkəməsinin müraciəti əsasında müzakirəyə çıxarılıb. Söhbət Türkiyə Mülki Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulan yoxsulluq alimentinin müddətsiz verilməsi ilə bağlı müddəadan gedir.

Ali Məhkəmə sözügedən normanın ləğvinə qərar verib. Qərarın qüvvəyə minməsi isə 9 ay sonra baş tutacaq. Məhkəmə qərarın əsaslandırılmış hissəsinin daha sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, hazırda qüvvədə olan 175-ci maddəyə əsasən, boşanma nəticəsində yoxsulluğa düşəcək tərəf, daha ağır təqsirli olmamaq şərti ilə digər tərəfdən maddi dəstək tələb edə bilirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir