Emin Ağalarov Sea Breeze-lə bağlı yeni planlardan danışdı

Baş səhifə

Bakı.Trend:

“Sea Breeze” və “Sberbank” Azərbaycanda texnoloji həllərin
tətbiqinə dair saziş imzalayıblar.

Trend xəbər verir
ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2026)
çərçivəsində keçirilən “Rusiya – Azərbaycan” sessiyasında “Agalarov
Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort-şəhərinin
təsisçisi Emin Ağalarov bildirib.

“Bu gün biz “Sberbank” ilə onların yüksək texnologiyalarının
təkcə “Sea Breeze” layihəsinə deyil, həm də “Sea Breeze”dən
kənarda, Azərbaycanın digər ərazilərində inteqrasiyasına dair saziş
imzaladıq. Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq iqtisadiyyat,
nəqliyyat və texnologiyalar da daxil olmaqla bir çox istiqamətlər
üzrə inkişaf edir. “Sea Breeze” layihəsinin əsası təxminən 20 il
əvvəl qoyulub və bu müddət ərzində iri inkişaf layihəsinə
çevrilib”, – deyə o qeyd edib.

E. Ağalarovun sözlərinə görə, layihə çərçivəsində artıq bir neçə
milyon kvadratmetr daşınmaz əmlak inşa edilib, eyni zamanda 4,5
milyon kvadratmetr sahədə tikinti işləri davam etdirilir.

“Layihənin ümumi həcmi 30 milyon kvadratmetr təşkil edəcək”, –
deyə o vurğulayıb.




Onun sözlərinə görə, hazırda “Sea Breeze”də təxminən 50 min
rezident yaşayır və perspektivdə şəhər 500 min nəfər üçün nəzərdə
tutulub.

E. Ağalarov həmçinin bildirib ki, son bir il ərzində təxminən 15
beynəlxalq hotel operatoru ilə müqavilələr imzalanıb.

O qeyd edib ki, ilk hotellərin artıq bu il istifadəyə verilməsi
planlaşdırılır.

Bundan əlavə, E. Ağalarov layihə ərazisində iki məktəbin, bir
uşaq bağçasının, uşaq incəsənət mərkəzinin, xəstəxananın və yaxta
marinasının fəaliyyət göstərdiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir