
Bakı. Trend:
Hizbullah İsrail və Livan hakimiyyəti arasında əldə edilən
atəşkəs şərtləri ilə razı deyil.
Trend xarici
media-ya istinadla xəbər verir ki, qruplaşmanın lideri Naim Kasem
bildirib.
Qruplaşmanın lideri qeyd edib ki, işğal davam etdiyi müddətcə
müqaviməti dayandırmaq üçün heç bir öhdəlik götürməyiblər.
O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını tələb
edib.
Əvvəllər İsrailin atəşkəsə baxmayaraq, Livanın cənubundakı
Hizbullah hədəflərinə zərbələr endirməyə davam etdiyi
bildirilmişdi.
Bundan əvvəl İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Hizbullahın
bütün hücumları tamamilə dayandırması şərti ilə atəşkəsi qorumaq
barədə razılığa gəlmişdilər. Hizbullah danışıqlar prosesində
iştirak etmədiyi üçün bu öhdəliyi qəbul etməyib.

