XİN: Gürcüstan “3+3” formatında keçiriləcək görüşdə iştirak etməyəcək

Baş səhifə

Gürcüstan “3+3” formatında keçiriləcək görüşdə iştirak etməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, Gürcüstanın formatla bağlı mövqeyi məlumdur və dəfələrlə bəyan edilib.

“Gürcüstan heç zaman bu formatdakı görüşlərdə iştirak etməyib”, – XİN-dən bildirilib.

Qeyd edək ki, “3+3” formatında ilk ekspert sessiyası iyunun 5-də Sankt Peterburqda keçiriləcək. Rusiyanın XİN başçısının müavini Mixail Qaluzin “3+3” formatının qapılarının Gürcüstan üçün hər zaman açıq olduğunu deyib. Rəsmi Tbilisi Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalda saxlanıldığına görə bu formata qoşulmasını mümkünsüz hesab edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir