Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

İyun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid
Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli
münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri,
habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri
müzakirə olunub.

Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar
prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun
Bayramov regional sabitliyin qorunması baxımından diplomatik
səylərin əhəmiyyətini vurğulayıb.

Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər
məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir