Tramp Xameneini tərifləyib

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunacağı təqdirdə
İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüş ehtimalını istisna
etməyib. Respublikaçı siyasətçi belə bir təması arzulamadığını
bildirsə də, bunun onun üçün “şərəf” olacağını qeyd edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

“Mən görüşmək istəmirəm, amma əgər görüşsəm, bu mənim üçün şərəf
olardı. Razılaşma əldə edə biləcəyimizi görmək istərdim. Əgər
razılaşma baş tutsa, bəlkə də onunla görüşdüm”, – deyə o
bildirib.




Tramp əlavə edib ki, özünü İranın Ali Liderinin “sevimli adamı”
hesab etmir. Bununla belə, o, Xameneini “peşəkar” adlandırıb və
bəzi dairələrdə onun “yaxşı nüfuza” malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Müctəba Xamenei atası Ayətullah Əli Xameneinin ABŞ
və İsrailin zərbələri nəticəsində fevralın 28-də həlak olmasından
sonra İranın Ali Rəhbəri vəzifəsini tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir