Azərbaycanda yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir

Baş səhifə

Bakı. Trend:

Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına
görə yeni cərimələr tətbiq ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.




Qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı
tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif
olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat
miqdarında, vəzifəli şəxslər 3000 manat miqdarında, hüquqi şəxslər
5000 manat miqdarında cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
ikinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir