Maliyyə icarəsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir

Baş səhifə

Bakı. Trend:

Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni
cərimələr müəyyənkəşdiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.




Qanun layihəsinə əsasən, çaliyyə icarəsi fəaliyyətini həyata
keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank
olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə
icarəsi fəaliyyətinə “Maliyyə dair hesabatların icarəsi haqqında”
Qanuna uyğun olaraq Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün
təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1
500 manatadək
məbləğdə, hüquqi şəxslər 3000
manatdan 5000 manatadək
məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
ikinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir