
Bakı.Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat
xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və
Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
edir.
Əlavə məlumat veriləcək.

