Yamal ən yaxşı futbolçu seçildi

Baş səhifə

“Barselona” futbol klubunun hücumçusu Lamin Yamal 2025/26 mövsümündə İspaniya çempionatının ən yaxşı futbolçusu seçilib.

Modern.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytında məlumat verilib.

18 yaşlı Yamal “Barselona”nın yetirməsidir. O, əsas komandada 2023-cü ildən çıxış edir, ötən mövsüm çempionatda 28 oyun keçirib, 16 qol vurub, 12 məhsuldar ötürmə edib və mövsümün həlledici matçlarında mühüm rol oynayıb.

Bu il Yamal, “Barselona” ilə İspaniya çempionu olub. Bundan başqa, futbolçunun aktivində daha iki ölkə çempionluğu, iki İspaniya Superkuboku və bir İspaniya Kuboku var.

“Transfermarkt” portalının qiymətləndirməsinə görə, Yamal hazırda La Liqanın ən bahalı futbolçusudur. Onun transfer dəyəri 200 milyon avrodur. Daha əvvəl o, “Real Madrid”in hücumçusu Kilian Mbappe ilə eyni göstəriciyə malik idi, lakin fransalı futbolçunun dəyəri 180 milyon avroya enib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir