
Bakı.Trend:
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in əldə
etdiyi məlumata görə, hadisə iyunun 7-də saat 01:35 radələrində
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, Abbasov Sahil Sətdar oğlu idarə etdiyi “KamAZ” markalı
yük avtomobili ilə “Ayxan” marketin qarşısında yolu keçmək istəyən
piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində
ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb,
istintaq aparılır.

