Zabratda yük maşını piyadanı vuraraq öldürdü

Baş səhifə

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sahil Səttar oğlu Abbasovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili yolu keçmək istəyən piyada Nurlan Rafiq oğlu Əhmədovu vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir