
Bakı.Trend:
Ermənstanda keçirilmiş parlament seçkilərin nəticələrinə əsasən
hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluq təşkil
edəcək və hökuməti formalaşdıracaq.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Yaxın aylarda bu mövzunu müzakirə etmək imkanı olacaq”, – deyə
Paşinyan bildirib.
Onun sözlərinə görə, iyunun 7-də erməni xalqı verdiyi səslərlə
dövlətçiliyin, müstəqilliyin və sülhün müdafiəsinə qalxıb. Paşinyan
bildirib ki, seçkilər “üçbaşlı müharibə partiyasının” darmadağın
edilməsi ilə nəticələnib.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına
əsasən, “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz (727 160 səs)
toplayıb.
Səs verənlərin ümumi sayı 1 476 916 nəfər olub.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri
keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib.

