Güclü geomaqnit qasırğası olacaq

Baş səhifə

Bakı. Trend:

Həftənin ilk üç günü güclü geomaqnit qasırğası
proqnozlaşdırılır.

Trend bu
barədə Şamaxı Astrofizika Rəsəsdxanasına istinadən xəbər verir.

Rəsədxananın məlumatına görə, 10 MeV-dən yuxarı enerji yüklü
proton selinin 6 iyunda baş vermiş Tac Kütlə Atılmalarının (TKA)
Yerə çatması ilə artacağı gözlənilir.




Günəş küləyinin də həmin TKA-nın təsiri nəticəsində 8–9 iyun
tarixlərində normadan yüksək səviyyədə olacağı
proqnozlaşdırılır.

Ardıcıl TKA-ların təsiri ilə 8–10 iyun tarixlərində güclü
geomaqnit qasırğası gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir