İran İsrailə zərbələri dayandırdı

Baş səhifə

İran Silahlı Qüvvələrinin İsrailə qarşı həyata keçirdiyi hərbi əməliyyatların başa çatdığı açıqlanıb.

Modern.az xəbər verir ki, bununla bağlı İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, İsrailə qarşı həyata keçirilən əməliyyat zamanı Tehranın cavab tədbirləri görülüb və hərbi əməliyyat yekunlaşdırılıb.

Qərargahın açıqlamasında həmçinin vurğulanıb ki, İsrailin İrana və ya Livanın cənubuna qarşı hücumları davam edəcəyi təqdirdə, İran Silahlı Qüvvələrinin cavabı daha sərt və genişmiqyaslı olacaq.

Qeyd edək ki, son günlər regionda gərginliyin artması fonunda İran və İsrail arasında qarşılıqlı hərbi əməliyyatlar həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir