Bu gün Həcc ziyarəti başa çatır – QMİ

Baş səhifə

Bakı. Trend:

Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc
missiyası başa çatır.

Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem
rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:




“Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu
təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu
zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar
var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarete yollanan
kvtota üzrə hamı artıq ziyaretini vurub vətənə dönür. Hamı özünü
yaxşı hiss edir. Heç kimin səhhətində hansısa problem yaranmayıb”,
– o bildirib.

Qeyd edək ki, hacıların Azərbaycana ilk geri dönüş reysləri
iyunun 6-da səhər və axşam saatlarında həyata keçirilib. İkinci
qrup isə iyunun 7-də vətənə qayıtmışdılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir