Paşinyanın qələbəsinə etiraz edəcəklər – VAXT VERİLDİ 

Baş səhifə

Ermənistanda parlament seçkilərinin yekun nəticələrindən narazı qalan siyasi qüvvələr iyunun 19-na qədər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan məlumat verib.

MSK sədri bildirib ki, iyunun 19-u şikayət üçün son gündür və növbəti proseslər məhz məhkəmənin qərarından asılı olacaq. O, seçkilərin yekun nəticələrinin iyunun 14-də elan ediləcəyini, o vaxta qədər isə daxil olan şikayətlərə baxılacağını və səslərin yenidən sayılacağını dəqiqləşdirib.

Xatırladaq ki, ilkin nəticələrə görə, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 49,83% səslə seçkilərin qalibi olub. İkinci yerdə 23,28% səslə “Güclü Ermənistan” Partiyası, üçüncü yerdə isə 9,93% səslə Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku qərarlaşıb.

Töhfə Səməd

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir