On beş yaşlı uşağın altı min qumar borcu var – Nail Kəmərli

Baş səhifə

Bakı. Trend:

Valideynlər uşaqların telefonlarda nə ilə məşğul olduğunu
nəzarətdə saxlamalıdırlar. Çoxsaylı izləyicisi olan tiktokerlər,
blogerlər və yutuberlər uşaqlar üçün ciddi risklər yarada bilər.
Canlı yayımlarda on minlərlə, hətta yetmiş–səksən min izləyicisi
olan blogerlər mövcuddur. Bu cür şəxslərlə bağlı ciddi tədbirlər
görülməlidir.

Trend xəbər
verir ki, bunu “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə
Səfərbərlik Mərkəzi” İB-nin rəhbəri Nail Kəmərli Azərbaycan Milli
QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal
təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai
müzakirədə deyib.

Onun sözlərinə görə, məsələ təkcə onları qısa müddətli inzibati
qaydada cəzalandırmaqla həll olunmamalıdır. O bildirib ki, bu
istiqamətdə qanunvericiliyin daha sərt şəkildə tətbiqinə ehtiyac
var.




“Eyni zamanda tiktokerlərlə yanaşı valideynlərə də məsuliyyət və
nəzarət öhdəliyi baxımından müəyyən sanksiyalar tətbiq
olunmalıdır.

Bu yaxınlarda mənə on beş yaşlı bir uşaq zəng etdi, ağlayırdı.
Əvvəlcə onun narkotik istifadəçisi olduğunu düşündüm. Daha sonra
məlum oldu ki, o, on iki yaşından etibarən onlayn kazino oynayır.
Məsələni araşdırdıq və aydın oldu ki, problemin kökündə ailə mühiti
dayanır. Ata-ana ayrılıb, ana işləyir, uşaq isə nəzarətsiz qalıb və
başqa bir şəxsin təsiri ilə onlayn kazinoya cəlb olunub. Hazırda
onun altı min manat qumar borcu var”, – o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir