
Bakı.Trend:
Türkiyədə İstanbul Baş polis idarəsinin Terrorla Mübarizə və
Kəşfiyyat şöbələrinin əməkdaşları, İŞİD terror təşkilatının
fəaliyyətinin qarşısının alınması və ifşa edilməsi məqsədilə
İstanbul Respublika Baş Prokurorluğu ilə əlaqələndirilmiş şəkildə
əməliyyat tədbirləri həyata keçiriblər.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Bu çərçivədə terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və
sosial media kanalları vasitəsilə təbliğat aparan şübhəlilərin
şəxsiyyətləri və ünvanları müəyyən edilib.
Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat nəticəsində 13
şübhəli saxlanılıb.
Şübhəlilər prosessual hərəkətlərin aparılması üçün polis
idarəsinə aparılıblar.

