
Bakı.Trend:
1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış
qiyməti 2 manatdan 3 manata dəyişəcək.
BakıKart-dan Trend-ə verilən məlumata görə, BakıKart kartları
2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və
bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
“Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur
xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən
baxılıb.
Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə
ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da
genişləndirilib.
Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış
qiymətinə aiddir.
Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında
dəyişiklik yoxdur”,-deyə məlumatda bildirilib.

