Masallıda 7 kiloqramdan artıq narkotik aşkarlandı

Baş səhifə

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Modern.az xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş, 43 yaşlı Cavat Qasımov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir