
Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Trend xəbər bu
barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov
saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana
aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma
aparılır.

