
Bakı.Trend:
Sosial şəbəkələrin Qırğızıstana aid seqmentində keçmiş deputat
və Qırğızıstan Respublikasının keçmiş əmək naziri Ulukbek
Koçkorovun görüntüləndiyi video geniş müzakirə predmetinə çevrilib.
Kadrlarda onun ABŞ-də sifarişlər çatdırdığı, böyük ehtimalla
kuryerlik etdiyini görmək olur.
Trend bu barədə
Qırğızıstan mediasına istinadən məlumat verir.
Video geniş ictimai rezonans doğurub, çünki Koçkorov daha əvvəl
yüksək dövlət vəzifələrində çalışıb, o cümlədən əmək və sosial
inkişaf naziri olub və milli təhlükəsizlik orqanlarında fəaliyyət
göstərib. O, 2017 və 2021-ci illərdə Qırğızıstanda keçirilən
prezident seçkilərində iki dəfə iştirak edib.
Media məlumatlarına görə, keçmiş siyasətçi hazırda ailəsi ilə
birlikdə Çikaqoda yaşayır. Koçkorov daha əvvəl istənilən vicdanlı
əməyin ayıb sayılmamalı olduğunu bəyan edib.

