"Prada" kosmonavtlar üçün alt paltarı hazırladı – FOTO

Baş səhifə

İtaliyanın məşhur moda evi “Prada” “Axiom Space” şirkəti ilə əməkdaşlıq çərçivəsində NASA astronavtları üçün xüsusi alt geyimi hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sözügedən geyim skafandrın altından geyinilən və bədəni tam saran xüsusi kostyumdan ibarətdir. Kostyumun daxilinə astronavtın bədənində hava dövranını və soyutmanı təmin edən ventilyasiya boruları quraşdırılıb. 

“Prada”nın bu layihəsi NASA-nın 2028-ci ilə planlaşdırılan “Artemis” Ay missiyasının bir hissəsidir.

Töhfə Səməd

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir