İsrail Livanın Tir şəhərini bombalayıb, 8 nəfər ölüb

Baş səhifə

İsrail ordusu Livanın Tir şəhərinə genişmiqyaslı hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hava zərbələri nəticəsində 8 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

Hücumdan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Tir şəhərinin sakinlərini təxliyə olunmağa çağırıb.

Ən güclü zərbə Tir şəhərinin şərq kənarına endirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu, martın 2-də döyüşlərin kəskinləşməsindən sonra şəhərə qarşı həyata keçirilən ən ölümcül hücumlardan biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir