
Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer yeniyetmələr və 16
yaşdan aşağı uşaqlar üçün bir sıra sosial şəbəkələrin istifadəsinə
qadağa tətbiq etməyə hazırlaşır.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi aidiyyəti rəsmilərə istinadən
məlumat yayıb.
Agentliyin məlumatına görə, hökumətin valideynlərlə keçirdiyi
müşavirə başa çatdıqdan sonra Starmer bu məsələ ilə bağlı mövqeyini
daha da sərtləşdirib. Texnologiya məsələləri üzrə nazir Liz Kendall
bildirib ki, sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u bu cür
məhdudiyyətlərin tətbiqini dəstəkləyib.
Hazırda Böyük Britaniya hökuməti tənzimləmənin iki variantını
nəzərdən keçirir. Birinci variant 16 yaşdan aşağı uşaqların sosial
şəbəkələrdən istifadəsinin tam qadağan edilməsini nəzərdə tutur.
İkinci variant isə sosial şəbəkələrin və mobil tətbiqlərin əsas
funksiyalarına çıxış üçün yaş məhdudiyyətlərinin tətbiqini ehtiva
edir.

