Xaçmazda uzunqulağın dişləyən 70 yaşlı kişi ölüb

Baş səhifə

Xaçmaz rayonunda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.

Meyit müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir