Yaş məhdudiyyəti təhsil və peşəkar platformalara şamil olunmayacaq – Həvva Hüseynli

Baş səhifə

Bakı. Trend:

16 yaşadək uşaqlara sosial şəbəkələrdə məhdudiyyət tətbiq
edilməsini nəzərdə tutan qanun layihəsində bütün internet
platformalarına deyil, əsasən kütləvi məzmun paylaşımı və geniş
kommunikasiya imkanları təqdim edən sosial media platformalarına
tətbiq olunacaq.

Trend-in
tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Milli
Kiber Təhlükəsizlik Agentliyində sektor müdiri Həvva Hüseynli
İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik
edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi zamanı
deyib.

Onun sözlərinə görə, qanun layihəsində təhsil, səhiyyə və digər
faydalı fəaliyyətlər üçün istifadə olunan platformaların
məhdudlaşdırılması nəzərdə tutulmur.




“Hazırda söhbət yaş məhdudiyyətinin tətbiq ediləcəyi sosial
şəbəkə platformalarının müəyyənləşdirilməsindən gedir. Bu siyahı
müvafiq dövlət qurumları tərəfindən formalaşdırılacaq. Uşaqların
asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edən, təhsil, səhiyyə
və digər peşəkar fəaliyyətlər üçün nəzərdə tutulan platformalarla
bağlı hər hansı məhdudlaşdırıcı tədbir nəzərdə tutulmur”, – deyə
H.Hüseynli bildirib.

O qeyd edib ki, qanun layihəsinin əsas hədəfi kütləvi məzmun
paylaşımını və geniş auditoriyalar arasında ünsiyyəti təmin edən
sosial media platformalarıdır.

Sektor müdiri vurğulayıb ki, məqsəd uşaqların təhsil və inkişaf
imkanlarını məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə
təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir