Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Baş səhifə

İyulun 4-dən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, yeni dəyişiklik sərnişinlərin səfər imkanlarını genişləndirmək və regionlararası nəqliyyat əlçatanlığını artırmaq məqsədi daşıyır.

Sərnişinlər hərəkət cədvəli ilə ADY-nin rəsmi internet səhifəsi və “ADY Mobile” tətbiqi vasitəsilə tanış ola bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir