
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald
Trampla telefon danışığı aparıb.
Bu barədə İsrail Baş nazirinin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, B. Netanyahu İranla yekun razılaşmaya
zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması və Tehranın
raket istehsalına məhdudiyyətlər qoyulması ilə bağlı müddəaların
daxil edilməsi vədinə görə təşəkkür edib.
“Prezident Tramp Baş nazir Netanyahu ilə danışıqlara başlamaq
üçün əsas kimi İranla əldə edilən razılaşmaları müzakirə edib.
İsrail bu razılaşmaların tərəfi olmasa da, Baş nazir danışıqlar
yolu ilə əldə edilən yekun razılaşmanın zənginləşdirilmiş nüvə
materiallarının çıxarılmasını, zənginləşdirmə istehsal bazasının
sökülməsini, raket istehsalına məhdudiyyətlərin qoyulmasını və
İranın bölgədəki terrorçu qruplara dəstəyinə son qoyulmasını əhatə
edəcəyinə dair vədinə görə Prezident Trampa minnətdarlığını
bildirib”, – deyə bildirilib.

