
Bakı. Trend:
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik
təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən
ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki
müəyyən olunub.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, https://shorturl.at/vYyKp linkinə daxil olub
qrafiklə tanış olmaq mümkündür. Qrafik mütəmadi olaraq yenilənir və
digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə
ediləcək.
İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ
imtahanı olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo –
6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110,
stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113,
yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət
istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci
komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53
–cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər
(subbakalavrlar) https://eservices.dim.gov.az/qabiliyyet
linkindən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi ” çap edə
bilərlər.

