Azərbaycan və Türkiyə bank sektorları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

İyunun 12-də Azərbaycan Banklar Assosiasiyasının (ABA)
prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə
Bankalar Birliyinin İllik Toplantısında iştirak ediblər.

Bu barədə ABA məlumat yayıb.

Məlumata əsasən, toplantıda iqtisadiyyat və bank sektoru ilə
bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf
trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları
ətrafında fikir mübadiləsi aparılıb.




Tədbirdə Türkiyə Bankalar Birliyinin İdarə Heyətinin sədri
Alpaslan Çakar, Bankacılık Düzenleme ve Denetleme Kurumunun sədri
Prof. Dr. Şahap Kavcıoğlu, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının
sədri Dr. Fatih Karahan və Türkiyə Respublikasının xəzinə və
maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.

Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı,
iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti
və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr
aparılıb.

Azərbaycan Banklar Assosiasiyası beynəlxalq tərəfdaşlarla
əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi
və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi
istiqamətində fəaliyyətini davam etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir