Emin Əmrullayev məzunları təbrik etdi

Baş səhifə

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında “Son
Zəng”lə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz məzunlar,




Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə
qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər
və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə
böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə,
övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz
valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və
intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı
olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə
verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər
arzulayıram!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir