Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallah Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik
qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumat bildirilir ki, havanın isinməsi ilə əhalinin istirahət
üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi
maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki,
bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına
əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi
əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə
təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, aşağıda qeyd olunan hallar qadağandır:

– çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və
çaylarda çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;




– sərxoş halda çimərlikdə olmaq;

– suda kobud hərəkətlər etmək;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə
çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan
və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və
tələblərinə sözsüz əməl edilməlidir!

– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan
sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir