Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük
Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza məktub
ünvanlayıb.

Məktubda qeyd olunub:

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli
bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.

Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan
dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya,
enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli
əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir.
Qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq
Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyini daha da
zənginləşdirə bilərik.

Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında
ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran
əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi
bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi
yetirir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali
fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim
rifah və firavanlıq arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir